Xaçmaz-Xudat yolunda qəza baş verib

6 Noyabr 2021, 17:50

Photo Shimal.News

Hadisə saat 15:30 radələrində qeydə alınıb

Xaçmazda yol qəzası baş verib. Bu barədə 6 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Hadisə Xaçmaz-Xudat yolunda saat 15:30 radələrində qeydə alınıb. “Lada(VAZ)-21014” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Əraziyə yol polis əməkdaşları cəlb olunub.

Xəsarət alan olmayıb.

Daha öncə, Xaçmazda Nərəcan kəndində yol-nəqliyyat hadisəsi barəsində məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.