Xaçmaz rayonu 21-ci sahə adlanan yaşayış massivində elektik enerjisinin təchizatı ilə çətinlik yaşanıb. Bu barədə ShimalNews 6 noyabr tarixində İnter.az-a istinadən məlumat verir.
Sözügedən ərazinin Şöhrət Cəlilov küçəsində işıq zəifdir, elektrik dirəkləri və naqillər istismar müddətini başa vurublar və qəzalı vəziyyətdədirlər.
Xaçmaz elektrik şəbəkəsindən bildirilib ki, mövcud problemdən xəbərdardırlar və həmin əraziyə baxış keçiriblər. Artıq sözügedən yaşayış massivində qismən də olsa elektrik xətlərinin çəkilməsi işləri başlanılıb. Idarənin sahə rəisi Rauf Səmədovun sozlərinə görə, elektrik xətlərinin yenilənməsi üçün ən qısa zamanda tədbirlər görüləcək.
Qeyd edək ki, şəhid Şöhrət Cəlilovun adını daşıyan küçə 25 ilə yaxındır ki, salınıb.