Xərək çörəyi

6 Noyabr 2021, 12:15

Foto kusari-fotki-instagram səhifəsindən

Bu çörək günəşə bənzəyir və ləzgi mifologiyası ilə bağlıdır

Ləzgi çörəyi “xar” adlanan təndirdə bişirilir. “Xar” sözünü qonşu xalqlar çətin tələffüz etdikləri üçün ona “xərək” və ya “ləzgi çörəyi” deyirlər.

Çörəyin hazırlanmasında bir çox insan iştirak edir. Hər həyətdə xərək (təndir) olmasına baxmayaraq, adətən bir qadın təndirə od salanda, məhəllə qadınları da xəmir yoğurur. Onlar növbə ilə çörək bişirirlər. Xərək digər bölgələrdəki təndirlərdən fərqlənir. Torpaqdan hazırlanan xərəyin quruluşu dörbucaq formadadır, sobaya bənzəyir. İçində çörəkdən başqa, ləzgi mətbəxinin başqa xəmir yeməkləri də bişirilir.

Hazır xəmir hissələrə bölünür və sonra yayılır. Xəmiri xərəyə salmazdan əvvəl hinduşka ya da xoruz lələklərindən hazırlanmış xüsusi dəstə ilə deşikləyirlər. Bu xəmirin içinə hava girərək tez bişməsinə və forma almasına kömək edir. Çörək 5 dəqiqədə hazır olur. Xərək çörəyi normal otaq şəraitində 7 gün, soyuducuda isə 10-12 gün qalsa da xarab olmur.

Bu qayda ilə bişirilən çörək günəşə bənzəyir. Xərək çörəyinin bişirilməsi ləzgi mifologiyası ilə bağlıdır.

Mənbələr:

  1. Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  2. Azsaylı xalqların folkloru. Bakı-2017.
  3. https://aybilet.az/qusar/
  4. https://jam-news.net/az/az%C9%99rbaycanda-bisiril%C9%99n-gun%C9%99s-cor%C9%99yi/
  5. http://samurpress.net/story.php?sid=2500

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.