Qusarda “Yaşıl marafon” kampaniyası keçirilib

6 Noyabr 2021, 10:15

Foto Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi facebook səhifəsindən

Kampaniya istilik effekti yaradan qaz tullantılarının azaldılmasına kömək edəcək

Qusar rayonunun meşə fondu ərazilərində ağac əkini həyata keçirilib. Bu barədə 5 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) öz rəsmi səhifəsində məlumat yayıb.

IDEA İctimai Birliyi və ETSN-nin birgə təşkilatçılığı ilə Qusarda “Yaşıl Marafon” kampaniyası keçirilib. Bu zaman 770 ədəd ağac əkilib. Keçirilən ağacəkmə aksiyası istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə kömək edəcək.

Qeyd edək ki, payız ağac əkini mövsümü başlayandan ümumilikdə 214.607 ədəd müxtəlif cinsli ağac əkilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.