Bu gün Qubada Zəfər gününə həsr olunmuş sərgi keçirilib. Bu barədə məlumat ShimalNews-a 6 noyabr tarixində daxil olub.

ASAN xidmətin qarşısında təşkil olunan tədbir çərçivəsində Vətən müharibəsinə həsr olunmuş rəsm kompozisiyaları nümayiş olunub. Mərasimdə şəhər sakinləri ilə yanaşı, qazilər və şəhid yaxınları iştirak ediblər.

Sərgidə yerli meyxanaçıların və müğənnilərin, Bakıdan dəvət olunmuş estrada nümayəndələrinin iştiraki ilə konsert proqramı keçirilib.

Tıxacın qarşısını almaq üçün əraziyə polislər cəlb edilib.

Daha öncə, Qubada keçirilən sərgi barəsində məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News