Dünən axşam saatlarında Qubada şəhəri ilə yanaşı bir çox kənd və qəsəbələrdə elektrik enerjisinin təchizatında fasilə yaranıb. Bu barədə 6 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
“Azərişıq” ASC-nin “199” Çağrı Mərkəzindən bildirilib ki, 35-ci kanal yarımstansiyanın çıxışında qəza baş vermiş və bununla əlaqədar işıqlar sönmüşdür. Ərazidə qəza briqadası təmir işləri aparmışdır.
Qeyd edək ki, hadisə dünən saat 18:00 radələrindən 23:50-yə qədər davam etmişdir.