Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Bayram Şixəmirov adına tam orta məktəbdə İcma Əsaslı Təhsil dərnəyi fəaliyyətə başlayıb. Bu barədə ShimalNews-a məlumat daxil olub.

Dərnək həftənin 1- 4-cü günləri saat 09:30-dan 11:30-dək tam ödənişsiz fəaliyyət göstərməklə 3-4 yaş aralığında olan uşaqları qəbul edir.

Valideyinlər ərizə (Tərbiyəçi müəllimin adına), sağlamlıq haqqında arayış, 2 ədəd 3:4-də rəngli şəkil və şəxsiyyət vəsiqəsinin sürətini məktəbə təqdim etməklə övladlarını qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, Zərdabi qəsəbəsində yerləşən tam orta məktəbin əsaslı təmirdən sonra açılışı oktyabrın 8-də baş tutmuşdur.