Sabah Quba rayon Çiçi kəndində şəhid Tahir Talıbovun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə məlumat 6 noyabr tarixində izləyicilərimizdən daxil olub.
Mərasim saat 13:00-da baş tutacaq. Burada ehsan süfrəsi veriləcək.
Tahir Talıbov 29 aprel 2002-ci ildə Qubada anadan olub. O, Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Talıbov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.