Quba rayon Heydər Əliyev Mərkəzində “Zəfər yazanlar” ədəbi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və “Zəfər yazanlar” ədəbi toplusunun təqdimatı keçirilib. Bu barədə Xaçmaz Regional Mədəniyyət İdarəsi məlumat yayıb.

Müsabiqədə I,II,III yerlərə layiq görülən və həvəsləndirici yerlər qazanan əsərlər “Zəfər yazanlar” ədəbi toplusu halında nəşr olunmuşdur. Müsabiqədə poeziya-şeir janrı üzrə 2 əsər I yerə, 2 əsər II yerə, 3 əsər isə III yerə; Nəsr-hekayə janrı üzrə 2 əsər I yerə, 2 əsər II yerə, 3 əsər isə III yerə layiq görülmüşdür. Dramaturgiya-pyes janrı üzrə isə cəmi bir əsər qəbul edilmişdir. 2 əsər isə həvəsləndirici mükafata layiq görülmüşdür.

Tədbirin sonunda müsabiqə qaliblərinə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərman və mükafatları təqdim edilib.

Qeyd edək ki, “Zəfər yazanlar” müsabiqəsi 21 iyun 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən elan edilmişdir.