Xaçmazda Tarix Diyarşünaslıq muzeyində Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə 5 noyabr tarixində ShimalNews Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.

“Zəfəri yaşadanlar” adlı tədbirdə təhsil, hərbi və dövlət qurumların nümayəndələri, müharibə iştirakçıları və qaziləri, şəhid ailələri iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Muzeyin direktoru Pakizə Mehdiyeva çıxışında Azərbaycan tarixinin dönəmlərindən və Vətən müharibəsidən bəhz edib.  Sonra tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

Bədii hissədə məktəblilərin ifasında şeirlər, müğənnilər və 8 nömrəli məktəb liseyin şagirdlərinin ifasında isə mahnılar səslənib.