Xaçmaz şəhər 3 saylı tam orta məktəbdə Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə 5 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Tədbirdə müəllim və şagird kollektivi, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak ediblər. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndiriblər.

Məktəbin həyətində şəhidlərə aid lövhə quraşdırılıb. Burada şagirdlər Zəfər gününə həsr olunmuş rəsmlər çəkiblər.

Qeyd edək ki, şəhid Nurağa Tağıyev həmin məktəbin məzunu olub. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı küçəyə şəhid Nurağa Tağıyevin adı verilib.

Photo Shimal.News
Photo Shimal.News