Xaçmazda noyabrın 6-da tibbi klinika sakinlər üçün ödənişsiz müayinə keçirəcək. Bu barədə 5 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

“Zəfər Günü” münasibəti ilə “N-KAY Medical” klinikasında pulsuz xidmət göstəriləcək. Sumqayıtdan dəvət olunmuş mama-ginekoloq, travmatoloq-ortoped, uroloq-androloq həkimlər pasientləri qəbul edəcəklər.

Ünvan: Nəriman Nərimanov 49A
Əlaqə nömrələri: 060-262-88-87; 02332-5-18-54