Xaçmazda yüksək gərginlikli elektrik xətləri çəkilir. Bu barədə 5 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

İşlər şəhərin Məhəmməd Fizuli küçəsinə (5 mərtəbələrə gedən kəsişmədə) yaxın ərazidə aparılır. Burada yer qazılıb, naqillərin torpaq altında aparılması üçün hazırlıq görülür. İşçilərin sözlərinə görə, 2 həftəyə proses tamamlanacaq.

Daha öncə, Xaçmazda köhnə elektrik dirəklərinin demontaj edilməsi haqqında məlumat vermişdik.