Xaçmazda aztəminatlı ailələrin 3-12 yaş arası uşaqlar ödənişsiz təhsil ala bilərlər. Bu barədə 5 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Mərkəz dövlətin dəstəyi ilə hazırda 3 aylıq müqavilə əsasında fəaliyyət götərir. Burada dərs, yemək, yataq otaqları və istilik sistemi mövcuddur. Uşaqlar səhər və günorta yeməkləri ilə təmin olunurlar. Mərkəzdə ibtidai sinif müəllimi, loqoped və psixoloq işləyir.

Hazırda mərkəzdə 30 uşaq təhsil alır. Onlar 2 növbə ilə qəbul olunur. 15 şagird səhər, 15 şagird isə günorta növbəsində oxuyurlar.

Atatürk prospektində yerləşən mərkəzin iş rejimi saat 09:00-dan 17:00-a kimidir.

Photo Shimal.News
Photo Shimal.News