Xaçmazda 2 avtomobilin iştiraki ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə məlumat 5 noyabr tarixində ShimalNews-a daxil olub.
Hadisə bu gün saat 08:00 radələrində Xudat tərəfdən Xaçmazın girişində qeydə alınıb. Boz rəngli “VAZ-2107” markalı avtomobil göy rəngli “VAZ-2106” markalı avtomobil ilə toqquşub. Əraziyə yol polis əməkdaşları cəlb olunub.
Xəsarət alan olmayıb.
Daha öncə, Xaçmazda Nərəcan kəndində baş verən qəza barəsində məlumat vermişdik.