Qubada “Biz birlikdə güclüyük” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 5 noyabr tarixində Quba Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

Rayon İcra Hakimiyyəti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Burada din xadimləri, şəhid ailələri, qazilər və etnik icmaların nümayəndələri iştirak ediblər. İştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanmış film nümayiş olunub.