Qubada 150-yə yaxın ailə susuz qalıb. Bu barədə 5 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Zərdabi qəsəbəsinin sakinləri bildirib ki, 10 gündən artıq su tapılmır. Buna səbəb subartezian quyusunda istifadə olunan nasosun sıradan çıxmasıdır. Məsələnin tez bir zamanda həll olunacağına ümid edirlər.
Adı çəkilən qəsəbədə 6 subartezian quyusu var. Onların vasitəsi ilə 5000 nəfərdən artıq əhalinin su təminatı təşkil olunur.