Tədbir Quba ASAN Həyat kompleksində baş tutub
Qubada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgi keçirilib. Bu barədə ShimalNews 5 noyabr tarixində Quba Gənclərinin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.
Tədbir Quba ASAN Həyat kompleksində baş tutub. Burada gənc rəssamlar: Gənc Könüllü Nərmin Mustafayeva, ASAN könüllüləri Aytəkin Məmmədova və Gültəkin Məmmədovanın çəkdikləri qubalı Vətən müharibəsi şəhidlərimizin rəsmləri nümayiş olunub.
Sərgi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin və Quba regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Burada şəhidlərin ailə üzvləri və şəhər sakinləri iştirak edib.