Qubanın Qırmızı Qəsəbəsində bu gün şəhid bulağının açılışı olacaq. Bu barədə 5 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Şəhid Aydəmir Hacıyevin il dönümü ilə əlaqədar xatirə bulağının açılışı saat 11:00-da baş tutacaq. Sonra Şəhidlər xiyabanı ziyarət olunacaq. Sonda isə “Nərgiz Plaza”da ehsan süfrəsi açılacaq.
Tədbirə hər kəs dəvət olunur.
Daha öncə, Qubada gənclərin şəhid Aydəmir Hacıyevin ailəsini ziyarət etdikləri haqda məlumat vermişdik.