Bu gün Qubanın Alekseyevka kənd tam orta məktəbində “Zəfər Günü”nə həsr olunmuş tədbir baş tutub. Bu barədə 5 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Tədbirdə Quba Təhsil şöbəsinin əməkdaşları, şagirdlər, qazilər, şəhid ailələri və digər fəxri qonaqlar iştirak ediblər. Şagirdlər Vətənə aid şeirlər və mahnılar səsləndiriblər. Həmçinin, kiçik səhnəciklər qurulub.
Daha öncə, tədbirin hazırlıq prosesi barəsində məlumat vermişdik.
