Bu gün Qubada elmi seminar keçirilib

5 Noyabr 2021, 18:30

Photo Depositphoto

Seminar “Zəfər Günü”nə həsr olunmuşdur

Bu gün Qubada “Zəfər Günü”nə həsr olunmuş onlayn elmi seminar keçirilib. Bu barədə ShimalNews 5 noyabr tarixində Metbuat.az-a istinadən xəbər verir.

Seminarda “Vətən müharibəsində qazanılan qələbə tarixdə qalacaq” mövzusu haqqında müzakirə aparılıb.

Konfransda bildirilib ki, xalqımızın tarixi qələbəsi milli potensialımızı üzə çıxartdı,göstərdi ki, Azərbaycanda müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişib.

Qeyd edək ki, Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə keçirilən tədbirdə kompleksin 20 əməkdaşı iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.