Yergüc kənd camaatı şəhid xatirəsinə bulaq inşa ediblər

4 Noyabr 2021, 14:16

Photo Shimal.News

Xaçmaz rayonunun 1-ci Qarabağ döyüşlərində şəhid olanların xatirəsinə bulaq inşa edilib. Bu barədə 4 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Əldə etdiyimiz məlumata görə, bulağ Yergüc kəndində yerli camaat tərəfindən tikilib. Burada 1992-1994-ci illərdə vətən uğrunda canlarını fəda edən igidlərin xatirəsi əbədiləşdirilib.

Sakinlər bildirib ki, bulaq artıq istifadə olunur baxmayaraq ki, açılış mərasimi olmayıb. Ehtimal olunur ki, noyabrın 8-9 tədbir keçiriləcək.

Daha öncə, Qubada şəhid leytenant Səttər Piriyevin xatirə bulağının açılışı haqqında məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.