Xaçmazlı idmançılar Bakı çempionatı və birinciliyində güclərini sınayacaqlar. Bu barədə ShimalNews 4 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində 6-7 noyabr tarixlərində fudokan üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq yarış keçiriləcək.
Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Zəfər Gününə həsr olunacaq.