Xaçmazda “Təbiəti qoruyaq” adlı layihə baş tutub

4 Noyabr 2021, 17:50

Photo azertag

Yeni yaşıllıq zolağı salınıb

Xaçmaz rayonunda 7 hektar ərazidə yeni yaşıllıq zolağı salınıb. Bu barədə ShimalNews 4 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Qarabağlı kəndində “Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsi həyata keçirilib. Burada yaşıllıq zolağında göyrüş ağacları əkilib. Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərin adına tinglər basdırılıb.

Bu günə kimi “Təbiəti qoruyaq” adlı məşğulluq layihəsinə 800 ictimai işçi cəlb olunub.

Məqsəd işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin etməkdir. Beləliklə hər rayon üzrə 30 nəfər olmaqla, ümumilikdə 420 nəfər “DOST İş” mərkəzi tərəfindən bu aksiyaya cəlb olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.