Xaçmazda eyni ərazidə hər gün it məktəbliləri qapır

4 Noyabr 2021, 16:53

Envato

Xəsarət alan qız xəstəxanaya çatdırılıb

Xaçmazda ardıcıl 2 gün və eyni ərazidə uşaqları it dişləyir. Bu barədə 4 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Məktəbdən evə qayıdan 8-9 yaşlı qızı it qapıb. Hadisə bugün saat 15:30-da, 6 saylı körpələr evi-uşaq bağçasın yanında baş verib.

Şahidlərin sözlərinə görə, yaxında yaşayan sakin köməyə gəlib. Məktəbli qız dizindən və bud nahiyyəsindən xəsarət alıb. Taksi vasitəsi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir gün öncə, eyni yerdə 2 uşağı it dişlədiyi barədə məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.