Samur-Yalama Milli Parkının yaranması günü ilə əlaqədar noyabrın 5-də milli parkda “Açıq qapı” günü keçiriləcək. Bu barədə ShimalNews 4 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.

ETSN-i zəngin biomüxtəlifliyini görmək istəyən ekoturizm həvəskarlarını milli parka dəvət edib.

Xəzər dənizini meşə ilə birləşdirən bu park Azərbaycan Respublikası prezidentinin 2012-ci il 5 noyabr tarixli sərəncamı ilə yaradılıb. Məqsəd ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsidir.