Qubada məktəblər arası intellektual oyun keçirilib

4 Noyabr 2021, 15:26

Quba Rayon Təhsil Şöbəsi

Qaliblər məlum olub

Qubada “Nə? Harada? Nə zaman?” intellektual oyununun “Zəfər kuboku” turniri keçirilib. Bu barədə ShimalNews 4 noyabr tarixində Quba Rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir Təhsil Şöbəsinin və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi ilə birgə təşkil olunub.

Şəhər 1, 2, 4, 5, 6 və 7 nömrəli, Texniki Təmayüllü Lisey, Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Lisey, Rustov, I Nügədi kənd 1 nömrəli, II Nügədi kənd 3 nömrəli, Qam-qam,  Püstəqasım,  Səbətlər, Qımılqışlaq, Qəcər-Zeyid, Çartəpə, Hacıhüseynli, Hacıqayıb, Dağlı, Alekseyevka, Alpan, İqriq, Paşaoba, Amsar kənd, Zərdabi qəsəbə tam orta məktəblərinin mübarizəsində Quba şəhər 1 nömrəli tam orta məktəbinin “Aypara”, Quba şəhər 4 nömrəli məktəb-liseyin “Xaribülbül”, Qam-qam kənd tam orta məktəbinin “Cəsurlar”, Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseyin “Carpe-Diem”, Zərdabi qəsəbə tam orta məktəbinin “Fatehlər”, Hacıhüseynli kənd tam orta məktəbinin “Qurd tələsi”,  Alekseyevka kənd tam orta məktəbinin “Dəmir Yumruq” və Alpan kənd tam orta məktəbinin “Harop” intellektləri final mərhələsinə vəsiqə qazanıb.

Oyun dairəvi üzrə keçirilib. Final mərhələ 7 turdan ibarət olub. 1-ci yeri  Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseyin “Carpe-Diem” komandası tutub. 2-ci yeri Zərdabi qəsəbə tam orta məktəbinin “Fatehlər” və 3-cü yeri Hacıhüseynli kənd tam orta məktəbinin “Qurd tələsi” komandaları qazanıblar.

Sonda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.