Quba gəncləri Bakıya səfər ediblər

4 Noyabr 2021, 9:37

Foto quba.gencleri rəsmi instagram səhifəsindən

Burada “Zəfər” yarmarkasında iştirak ediblər

Quba gəncləri “Zəfər” yarmarkasında iştirak ediblər. Bu barədə ShimalNews 4 noyabr tarixində quba.gencleri rəsmi instagram səhifəsinə istinadən məlumat verir.

Səfər çərçivəsində gənclər yarmarkada sərgilənən Müdafiə Nazirliyinin silah və texnikaları və digər eksponatlarla tanış olublar.

“Zəfər” yarmarkası 29 oktyabr – 9 noyabr tarixlərində Dənizkənarı Milli Parkda keçirilir. “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda davam edən tədbir “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı ilə aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.