Qubanın ADPU-nin filialında şeirlər kitabı oxuculara təqdim olunub.  Bu barədə ShimalNews 4 noyabr tarixində ADPU-nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Qələmşah İdrisovun müəllifi olduğu “Zəfər çələngi” adlı şeir kitabı çapa imzalanaraq oxuculara təqdim olunmuşdur. Burada Tovuz döyüşlərindən başlayaraq şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsinin hər günündə yazılmış döyüş zənguləli şeirlər sonradan zəfərlə başa çatan Qələbə duyğularına keçmişdir. Həmçinin, müharibədən sonra böyük Zəfərin təsiri ilə yazılmış Şəhid və Qazilərimizə aid şeirlər qələmə alınıblar.

Sonda bütün kollektiv, kitabın ilk oxucuları Qələmşah İdrisova uğurlar və qələminin hər zaman iti olmasını arzu ediblər.