Qubada 2 təhsil müəssəsinə Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib. Bu barədə 4 noyabr tarixində məlum olub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Milli və Vətən Müharibəsi Qəhrəmanlarının adları əbədiləşdirilməsi təmin olunur.
Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Şahin Hüseynbala oğlu Allahyarovun adı veriləcək.
Quba şəhəri Texniki təmayüllü liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Mehrab Söhrab oğlu Niftəliyevin adı veriləcək.
Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına bu qərardan irəli gələn məsələlərin həll edilməsinə dair tapşırıqlar verilib.