Xaçmazda “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı tədbir keçirildi. Bu barədə ShimalNews 3 noyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
Zəfər Gününə həsr olunmuş tədbirdə dövlət qurumların mümayəndələri, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak ediblər. Çıxış edən rəsmilər şəhidlərimizin və qazilərimizin döyüş yolundan, qəhramanlığından danışıblar.
Bədii hissəsində “Ağlama şəhid anası”, “Zəfər bayrağı”, “Şəhidin səsi” və digər şeirlər səsləndirildi, rəqslər, ədəbi-bədii kompozisiya və videoçarx nümayiş olundu. Gənc rəssam Aytən Fərzəliyevanın çəkdiyi şəhidlərin şəkilləri analara təqdim olundu.
Sonda qazilərə, şəhid analarına və övladlarına xatirə hədiyyələri verildi.