Xaçmazda eyni gündə 2 uşağı it dişləyib. Bu barədə 3 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Hər 2 hadisə 6 saylı körpələr evi-uşaq bağçasın yanında baş verib. Sakinlərin sözlərinə görə, hər gün bu hal təkrarlanır.

Səhər saat 7:45-də, 10 yaşlı Amil Qasımovu və 13:50-də digər məktəbə gedən uşağı itlər qapıb. Uşağların köməyinə gələn qonşular, itləri qovublar. Daha sonra, xəsarət alanları xəstəxanaya çatdırıblar.