Xaçmaz rayonunda dairəvi yol qurulur. Bu barədə 3 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Yergüc kəndinin ərazisində dairə inşa edilir. Artıq asvalt-beton örtüyünün son qatı salınır, görüləcək işlərin əsas hissəsi hazırdır. Təxmini 2-3 gün ərzində nəqliyyat vasitələrinin istifadəsinə veriləcəyi planlaşdırılır.
Dairə “İpək yolu”ndan istifadə edən nəqliyyat vasitələrinin sola və geriyə dönmələrini təmin edəcək.
Daha öncə, Xaçmaz-Quba istiqamətində yolun sürücülərin istifadəsinə verilməsi haqqında məlumat vermişdik.