Xaçmaz: 500 nəfər gündəlik çətinlikləri ilə bölüşdülər

3 Noyabr 2021, 14:34

Photo depositphoto

Əsas narahatçılıq yolla bağlıdır

Xaçmazda 500 nəfərə yaxın sakinin yaşadığı kənddə silsilə çətinliklər yaşanır. Bu barədə ShimalNews 3 noyabr tarixində Real TV-ya istinadən məlumat verir.

Sibiroba kəndi rayon mərkəzinə yaxın yerləşir. Buna baxmayaraq sakinlər yol, qaz və məktəblə bağlı sıxıntıları ilə bölüşüblər.

Yerli əhalinin sözlərinə görə, ən böyük çətinlik yolla bağlıdır. Cəmi 2 kilometr yolun asfalt olunmaması rayon mərkəzinə çatmaq üçün saatlarla vaxt tələb edir.

Qış ərəfəsində istiliyin təmin edilməsi üçün odun və fındıq qabığı istifadə olunur. Halbuki, qonşu Palıdlı kəndi qazla təmin edilib.

Sonda ibtidai məktəbin tədris üçün şəraitsiz olması bildirilib. Bu təhsil müəssəsi 60-cı illərdə tikilmişdir. Döşəməsindən başlayaraq damına kimi yararsəz vəziyyətə düşüb.

Yaranmış vəziyyətlə bağlı icra nümayəndəsi bildirdi ki, məktəblə bağlı Təhsi nazirliyinə müraciət olunub. Gələcəkdə modul tipli məktəbin tikintisi nəzərdə tutulub.

Yollarla bağlı isə Azəriyol bildirib ki, asfaltlanma dövlət planına salınıb. Həmçinin, “Azəriqaz” İB mavi yanacaq 2023-ci ilin əvvəlində təmin edilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.