Qusarda “Uğurlu karyera yolunda” adlı layihə keçiriləcək

3 Noyabr 2021, 15:52

Foto Qusar gəncləri rəsmi facebook səhifəsindən

Təlim “Zoom” platforması üzərində baş tutacaq

Qusar gəncləri “Uğurlu karyera yolunda” adlı təlimə qoşula bilərlər. Bu barədə ShimalNews 3 noyabr tarixində “Qusar gəncləri” rəsmi İnstagram səhifəsinə istinadən məlumat verir.

“Zoom” platforması üzərində baş tutacaq vebinar karyera məsləhətçisi Orxan Masimovun təqdimatında saat 20:00-da keçiriləcək. Layihə çərçivəsində “Məqsədlər, Məqsədlərin gücü, Uğurlu karyera qurmaq” mövzular müzakirə olunacaq.

İştirak üçün 10 noyabr tarixinədək qeydiyyatdan keçmək lazımdır. Tədbir cümə günü keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.