Qusarda Milli Qəhrəman Çingiz Qurbanova həsr olunan voleybol turniri yekunlaşıb

3 Noyabr 2021, 18:20

Foto azertac

Yarış məktəbli qızlar arasında keçirilib

Qusarda məktəbli qızlar arasında voleybol üzrə açıq turnirin qalibləri müəyyənləşib. Bu barədə ShimalNews 3 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan voleybol turnirinin qalibi “Urva-1” komandası olub. İkinci yeri “Gədəzeyxur”, üçüncü yeri isə “Urva-2” komandası qazanıb.

Mükafatlandırma mərasimində Azərbaycan voleybol federasiyasının nümayəndələri, Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov iştirak edib. Məktəblilərə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.

Qusarda oktyabrın 22-dən başlayan turniri seleksiyaçı məşqçilər izləyib. Perspektivli gənclər milli komandaya cəlb ediləcəyi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.