Qubada Vətən müharibəsi şəhidinin ildönümü keçirilib. Bu barədə ShimalNews 3 noyabr tarixində Quba Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

Dövlət orqanları və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Şahin Allahyarovun il mərasimində iştirak ediblər. Onlar şəhidin məzarını ziyarət ediblər. Daha sonra, yas mərasimi keçirilib.

Daha öncə, Qubada Vətən Müharibəsi şəhidinin Baş gizir Mehrab Niftəliyevin ildönümü qeyd olunması haqqında məlumat vemişdik.