Quba rayonu Alekseyevka kənd tam orta məktəbində “Zəfər Günü”nə hazırlıq aparılır. Bu barədə 3 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Noyabrın 5-də keçiriləcək tədbirdə, 2-ci Qarabağ döyüşündə şəhid olan məktəbin məzunu şəhid Ülvi Məmmədovun ailəsinə şagirdlər tərəfindən məktublar yazılır. Uşaqlar qəhrəmanlığa aid şeirlər, mahnılar, rəqslər və kiçik səhnəciklər hazırlayırlar. Həmçinin, şəhidlər guşəsi düzəldilir.
Tədbirdə Quba Təhsil şöbəsinin əməkdaşları, şagirdlər, qazilər, şəhid anaları və onların və digər fəxri qonaqların iştirakı gözlənilir.
