Kapital Bank: Xaçmaz filialına vakansiya elan edilib

3 Noyabr 2021, 16:15

Foto kapital bank

Vakansiya “Xidmət bölməsində Kiçik əməliyyatçı-kassir” üzrədir

Kapital Bank Xaçmaz filialında “Xidmət bölməsində Kiçik əməliyyatçı-kassir” üzrə vakansiya elan edib.

Namizədlərə qarşı tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst danışmaq qabiliyyəti;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • Məsuliyyətlilik, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır.

İş barəsində məlumat

  • Fiziki və hüquqi şəхslərdən nağd pul vəsaitlərinin qəbulunu həyata keçirmək və onlara kassa хidməti göstərmək;
  • Nağd pulların çeşidlənib qablaşdırılmasını həyata keçirmək;
  • Gündəlik müəyyən edilmiş valyuta məzənnəsinə uyğun оlaraq nağd хarici valyutanın alqı-satqısını həyata keçirmək;
  • Müştərilərə hеsablaşma хidməti göstərmək;
  • Fəaliyyətinə dair bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

İş axtaranlar 19 noyabr tarixinədək https://hr.kapitalbank.az portalından qeydiyyat keçərək və ya [email protected] mail ünvanından müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.