Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30 illik yubileyi münasibəti ilə ilk təbrik məktubunu göndərilib. Bu barədə ShimalNews 3 noyabr tarixində ADPU-nin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
Məktub Qənirə Paşayeva tərəfindən göndərilib. Burada universitetinin bir ali təhsil müəssisəsi olaraq, ötən illər içində zəruri ehtiyac duyulan ixtisaslar üzrə yüzlərlə ilkin kadr hazırlığı həyata keçirmiş, elmi-pedaqoji kadr potensialı formalaşdırılması barəsində yazılmışdır.
Yubiley münasibətilə təbrikinə görə ADPU-nun Quba filialının professor-müəllim heyəti və tələbələri adından Qənirə xanıma minnətdarlığını bildiriblər.
Qeyd edək ki, Qənirə Paşayeva Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin sədridir.