Xaçmazda rayonunda çox istifadə olunan yolların təmirə ehtiyacı var. Bu barədə 2 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Şəhərin Üzeyir Hacıbəyov, Kamil Novruzov küçələrində və Qımılqışlaq kənd yolunda çox sayda çuxurlar var. Sakinlərin sözlərinə görə, bu yollardan intensiv istifadə olunur.
Qımılqışlaq kənd yolu bir neçə yaşayış məntəqəsini birləşdirir. Bura 5 il öncə asvalt-beton tökülmüşdür. Lakin 1 il keçdikdə örtük dağılmağa başladı. Sürücülər bildirib ki, bu hala görə onlar çətinlik çəkirlər. Yol artıq təmirdən əvvəlki vəziyyətə qayıdıb.
Daha öncə, Xaçmaz-Quba istiqamətində yolun sürücülərin istifadəsinə verildiyi haqda məlumat vermişdik.