Xaçmazda sel körpünü aparıb

2 Noyabr 2021, 13:52

Envato

Əvəzinə dəmir konstruksiya istifadə olunur

Xaçmazda 7 kənd sakinlərinin istifadə etdiyi yol təhlükə saçır. Bu barədə ShimalNews 2 noyabr tarixində Real TV-ə istinadən məlumat verir.

Sakinlərin sözlərinə görə, ötən əsrin sonlarında Şıxhaput və Sərkərli kəndlərini birləşdirən körpü Ağ çayın üzərində tikilmişdir. İlk sel onu yuyub apardı. Gediş-gəliş təmin edilməsi üçün əvəzinə dəmir konstruksiya quruldu. Amma çayda su çox olacağı təqdirdə bu körpünündə sel qurbanı olmaq ehtimalı böyükdür. Sel gələndə marşrut kəsilir və dairəvi yolla hərəkət mümkün olur. Bu isə 7 kilometr əvəzinə 22 kilometr təşkil edir.

Bu məsələ ilə bağlı icra nümayəndəliyindən bildirildi ki, məsələ dövlət proqramına salınıb və yaxın zamanda həll ediləcək. Həmçinin 32 kilometr olan yolun asfaltlanması nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.