Xaçmazın Qaracik-Zeyid kəndinin 1000 nəfərdən artıq əhalisində telefon xətti yoxdur. Bu barədə 2 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Sakinlər bildirib ki, bütün kənddən cəmi 10-15 nəfərə ev telefonu var. Bu isə o deməkdir ki, digər kəndlilər evlərində internet xidmətindən yararlana bilmirlər. Şagirdlər onlayn dərslərə qoşula bilmir. Məsələ 15 il ərzində həllini tapmayıb.
Daha öncə, Qubada yeni internet xətləri çəkilməsi prosesi haqqında məlumat vermişdik.