Qusar rayonunda transformator baxımsız vəziyyətdədir. Bu barədə 2 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Aşağı Ləyər kənd sakinləri bildirib ki, kəndi elektrik enerjisilə təmin edən transformator uzun müdətdir yararsız haldadır. Cihaz köhnədir və dəfələrlə təmir olunub, lakin artıq yenilənməsi lazımdır. Bu məsələ ilə bağlı aidatı qurumlara müraciət olmasına baxmayaraq, dəyişiklik baş verməyib. Həmçinin, burada mühafizə zolağının olmaması canlılar üçün təhlükə yaradır.

Daha öncə, Qubada əhalini elektrik enerjisi ilə təmin etmək üçün yeni transformatorun quraşdırılması haqqında məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News