Təlim Heydər Əliyev Mərkəzində baş tutacaq
Qusarda Heydər Əliyev Mərkəzində “CV center” adlı təlim keçiriləcək. Bu barədə ShimalNews 2 noyabr tarixində “Qusar Gəncləri” rəsmi Facebook səhifəsinə istinadən məlumat veririk.
Layihə insan resursları üzrə menecer Günay Mürşüdovanın təqdimatında 6 noyabr saat 15:00-da baş tutacaq.
Burada aşağıdakı mövzular haqqında danışılacaq:
- Karyera nədir?
- Karyeranı planlaşdırmaq nə deməkdir?
- Mənə ən uyğun peşəni necə seçə bilərəm?
- Karyera planlama mərhələləri
- Karyeranızı planlayarkən işinizə yarayacaq 5 tövsiyyə
- Karyeranızı planlaşdırarkən etməməli olduğunuz 10 səhv
- İş dünyası sizdən nə gözləyir?
- Özümü necə tanıya bilərəm?
- Bacarıqlarımı necə kəşf edə bilərəm?
- Peşəkar CV necə hazırlanılır və CV hazırlayarkən nəyə diqqət etməliyəm?
- Staj nədir və mənim karyerama nə xeyri olacaq?
- İş axtarma texnikaları nələrdir?
İştirak üçün 5 noyabr saat 23:00-dək qeydiyyatdan keçmək lazımdır.