Qusar gəncləri “AntiBullinq-Bullinqə bulaşma” adlı layihədə iştirak ediblər. Bu barədə ShimalNews 2 noyabr tarixində “Qusar gəncləri” rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

İki hissədən ibarət təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə məzun təcrübəçisi, Education HUB “İnkişaf Zamanı” programının layihə rəhbəri Azər Rəfiyevin təqdimatında keçirilib.

Birinci hissədə iştirakçılara

  • “Bullinq nədir?”,
  • “Bullinq problemin nə qədər ciddi olduğunu anlayırıqmı?”,
  • “Bullinqin növləri” mövzuları haqqında məlumat verilib və videoçarxlar nümayış olunub.

İkinci hissəsində gənclər məruz qaldığı və törətdikləri bullinq halları barəsində danışıblar.

Sonda iştirakçılar arasında kart oyunu oynanılıb.