Qubada Heydər Əliyev prospektində yerləşən təhsil mərkəzininin ərazisi baxımsız vəziyyətdədir. Bu barədə 2 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Dövlət Sosial-İqtisadi kollecinin həyətinə tullantılar atılır. Təhsil müəssəsinin arxa giriş darvazası daim açıqdır. Sakinlərin sözlərinə görə, buna görə zibillik yaranıb. Nəticədə, sahibsiz itlər bura toplaşır.
Daha öncə, Qubanın Ağçay çayının ətrafında tullantılar yol kənarına atılması barəsində məlumat vermişdik.
