Quba şəhərində 4 noyabr tarixində, saat 10:00-da Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə 2 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə, direktoru Eynulla Camalovun təşəbbüsü ilə bayram keçiriləcək. Şagidlər vətən uğrunda canlarını fəda edən qəhramanlarımızı yad edəcəklər. Burada şəhidlərə aid şeir, musiqi oxunacaq və səhnəciklər qurulacaq.
Daha öncə, Xaçmazda “Zəfər bayramı”na həsr olunmuş tədbir haqqında məlumat vermişdik.