Qubanın “Şahdağ” futbol komandası bugünkü oyunda qalib oldu. Bu barədə ShimalNews 2 noyabr tarixində klubun rəsmi instagram səhifəsinə istinadən məlumat verir.
“Kapital Bank Arena” stadionunda, 1-ci turun 1-ci hissəsi Şahdağ Quba 7 – 0 İrəvan hesabı ilə bitdi. Oyunun 2-ci hissəsi “Şahdağ”ın xeyrinə 8 – 0 bitdi.
Rəqib 58-ci dəqiqə meydançanı tərk etdiyi üçün oyun yarımçıq dayandırıldı.
Daha öncə, Qubanın “Şahdağ” futbol komandası ilk dəfə “Region Liqası”nda iştirak edəcəyi haqqında məlumat vermişdik.