Xaçmaz rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasına başlanılıb. Bu barədə ShimalNews 1 noyabr tarixində Xaçmaz Rayon Təhsil Şöbəsi rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Ş.Sədiyev adına Qımıl-qışlaq kənd tam orta məktəbin ərazisində 60 ədəd həmşəyaşıl şam, xeyli sayda Çin akasiyası və digər növdən olan ağac tingləri əkilib. Bu tədbir Zəfər Gününə həsr olunub.

Azərbaycan Respublikası Təhsil nazirinin 07 sentyabr 2021-ci il tarixli F-429 №-li əmrinə uyğun olaraq, bu aksiya digər məktəblərdə davam etdirilməsi nəzərdə tutulmuşdur.